DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Cəlilabad rayonunda vətəndaşları qəbul edib
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 30-da şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Cəlilabad rayonunda vətəndaşları qəbul edib.Qəbulda Cəlilabad rayon sakinləri ilə yanaşı Yardımlı, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.Görüşdən əvvəl Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzmüşlər.Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib.Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.