Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2019 | 16:00

Oktyabrın 1-də Prokurorluq işçilərinin peşə bayramı Cəlilabadda qeyd olunub. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, rayon prokurorluğunun işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları Heydər Əliyev Parkına gəlib Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.Bayram tədbiri rayon prokurorluğunun binasında davam etdirilib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayon prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb. Bildirib ki, dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirən prokurorluq orqanları qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində yorulmadan xidmət göstərir. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti quruculuğu prosesində prokurorluq orqanları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.Cəlilabad rayon prokuroru Taryel Ələkbərov əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda milli prokurorluq orqanlarının yarandığı gündən 101 il ötür. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən mütəşəkkil quruma çevrilməklə sivil və demokratik inkişaf yolu keçib.Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşıb, Azərbaycan Prokurorluğunun əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm fərman və sərəncamlar imzalayıb.Tədbirdə çıxış edən rayon hüquq-mühafizə orqanlarının rəhbərləri prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, prokurorluq orqanlarının insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə xidmət etdiyini vurğulamışlar.

 

 

 

 

 

Keçidlər