Şriftin ölçüsü :

Saytın rəngi :

Alaşar kəndində səyyar görüş - qəbul keçirilmişdir

02 oktyabr 2019 | 16:00

02 oktyabr  2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Alaşar kəndində keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışmış, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir.Görüşdə kənd sakinləri Alaşar kənd tam orta məktəbinin yenidən inşa edilməsi, Alaşar kəndinə təbii qaz xətinin çəkilməsi, elektrik dirək və naqillərinin yeniləri əvəz edilməsi, ünvanlı dövlət sosial yardımı təyin edilməsi və işlə təmin olunma barədə müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

Keçidlər