Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilmişdir.

03 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət  hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti və  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin  təşkilatçılığı ilə oktyabrın 3-də çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir. Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin inzibati binasının qarşısında keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalov, Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Nizami Nəbiyev,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, çağırışçılar və onların valideynləri iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoymuşlar.Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmışdır.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı,hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə etmişdir.Namiq Zeynalov dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır.Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Nizami Nəbiyev  ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açmış, hərbi xidmətə yola düşən gənclərə tövsiyə və tapşırıqlarını vermişlər. Qeyd olunmuşdur ki, milli ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa qadir olan bir qüvvəyə çevrilmişdir.Tədbirdən sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

 

 

 

 

 

 

Keçidlər