Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

05 oktyabr 2019 | 16:00

Müəllim cəmiyyətin sabahının, gözəl gələcəyinin yaradıcısıdır. Müəllim gənc nəslə elm, bilik, aydın dünyagörüşü verir, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət keyfiyyətlər təlqin edir. Bəşər cəmiyyəti bugünkü nailiyyətlərinə görə, ilk növbədə, bu xeyirxah peşə sahiblərinə minnətdardır.Bu fikirlər 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabrın 4-də Cəlilabadda keçirilən tədbirdə səsləndirilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək, ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə həmişə yüksək qiymət verib. Ulu Öndərin bu siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir.Diqqətə çatdırılıb ki, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən qlobal  tədbirlər bizim rayonumuzdada səmərəli nəticələr vermişdir.Əgər 1980-2003-cü illəri əhatə edən 23 il ərzində rayonda cəmi 8 məktəb inşa olunmuşdusa, 2004-cü ildən sonrakı illərdə 30-dan çox məktəb tikilib istifadəyə verilmişdir.Təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində 10 kənddə modul tipli məktəblərinin inşası başa çatdırılmışdır.Həmçinin Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, 5 kənddə isə modul tipli məktəbin tikilməsi nəzərdə tutulmuşdur. Bütün bunlara görə rayon ictimaiyyəti Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ürəkdən minnətdardır.Tədbirin sonunda bir qrup müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər