Hacıismayıllı kəndində səyyar görüş - qəbul keçirilmişdir
17 oktyabr 2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Kövüzbulaq kəndində keçirilmişdir.Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışmış, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir.Görüşdə kənd sakinləri əkin sahəsinə gedən yolun şumlanması, axar suların həyətlərdən keçdiyi üçün kənddə su kanalların çəkilməsi, pay torpaq aktının ləğv edilməsi, 2-ci dəfə aparılan aqrar islahat zamanı vətəndaşa torpaq verilməməsi, 210 şagird yerlik Seyidbazar kənd tam orta məktəb binasının yenidən inşa edilməsi və vətəndaşların toxumluq taxılla təmin edilməsinə köməklik göstərilməsi barədə müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.