Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur

18 oktyabr 2019 | 16:00

18 oktyabr 2019-cu il tarixdə rayonun Heydər Əliyev Mərkəzində  Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü ilə əlaqədar toplantı keçirilmişdir.Toplantıda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçsı Namiq Zeynalov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov bildirmişdir ki, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. 1991-ci il 18 oktyabrın Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı olduğunu bildirmiş, müstəqillik aktının qəbul edilməsindən sonra ölkədə siyasi vəziyyətin normallaşdığını, bu aktın Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasına böyük təkan verdiyini qeyd etmişdir. Natiq müstəqilliyin qorunub saxlanmasında, Azərbaycanın gündən-günə güclənən siyasi və iqtisadi potensialının formalaşmasında ümummilli liderimizin tarixi xidmətlərini vurğulamışdır. Qeyd etmişdir ki, ulu öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmiş, müstəqil bir dövlət kimi beynəlxalq aləmdə hər zaman öz sözünü deməyə qadirdir.Toplantıda çıxış edənlər Dövlət Müstəqilliyinin bərpa edilməsini mühüm tarixi hadisə kimi qiymətləndirmiş, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin dünyaya tanıdılmasındakı əvəzsiz xidmətlərini vurğulamış, Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Respublikamızın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildiyini diqqətə çatdırmışlar.Tədbirdə 04-05 oktyabr 2019-cu il tarixlərdə Gürcüstanın Tbilisi şəhərində  poverliftinq idman növü üzrə  veteran idmançılar arasında keçirilən dünya çempionatında 90 kq çəki dərəcəsində qızıl medal qazanmış Cəlilabad rayon Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in ağır atletika idmanı üzrə baş məşqçisi Qadir Babayevə (65 yaş) Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı tədqim olunmuşdur.

 

 

 

 

 

 

 

 

Keçidlər