Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi

08 noyabr 2019 | 16:00

08 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi.Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov tur-aksiyaların əhəmiyyəti barədə danışıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, layihənin əsas məqsədi şagirdlərin ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində respublikamızda əldə edilən sosial-iqtisadi inkişaf, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.Tədbirdə çıxış edən  rayon təhsil şöbəsinin müdiri Qərənfil Əhmədova, valideyn, müəllim və şagirdlər tur-aksiyanın məktəblilərin dünya görüşünün formalaşmasında, ölkəmizin  tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənilməsindəki rolundan danışmışlar.Bildirilib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edəcək Cəlilabad rayonunun 40 nümunəvi şagirdi 13-16 noyabr tarixlərində Qəbələ - Şəki- Zaqatala istiqamətində səfər edəcəklər.

 

 

 

 

 

 

 

Keçidlər