Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda "Dövlət Bayraq Günü"nə həsr olunmuş yürüş keçirilmişdir

09 noyabr 2019 | 16:00

09 noyabr 2019-cu il tarixdə Cəlilabadda “09 noyabr – Dövlət Bayraq Günü”-nə həsr olunmuş “Azərbaycan Bayrağı-milli qürurumuz, kimliyimiz, iftixarımızdır” devizi altında gənclərin ümumrayon yürüşü keçirildi. Ümumrayon yürüşü Cəlilabad şəhər Heydər Əliyev Parkında yerləşən Ümummilli liderimizin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlamışdır. Yürüş Heydər Əliyev prospekti boyunca davam edərək gənclərimiz 2 km məsafəni qət etməklə Bayraq meydanına gəlmişlər. Yürüşdə 2000 nəfərə yaxın gənc iştirak etmişdir.“Azərbaycan Bayrağı-milli qürurumuz, kimliyimiz, iftixarımızdır ” devizi altında keçirdiyi ümumrayon yürüşü Bayraq Meydanında gənclərin andiçmə mərasimi ilə başa çatmışdır.

 

 

 

 

 

 

 

 

Keçidlər