Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad məktəbliləri Qəbələ-Şəki-Zaqatala rayonlarına ekskursiyaya yollanıblar

13 noyabr 2019 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, müstəqillik illərində qazanılan nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən maarifləndirici tur-aksiyaların növbəti mərhələsinə start verilib.Tur-aksiya çərçivəsində noyabrın 13-də Cəlilabad rayonundan 40 məktəbli Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salınmışlar. Yolasalma mərasimində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov səfər edən məktəblilərə ən xoş arzularını və tövsiyələrini çatdırıb. Ölkəmizdə gənc nəslin təhsili, tərbiyəsi və onların asudə vaxtlarının təşkili sahəsində görülən işlərdən və həyata keçirilən layihələrdən danışan N.Zeynalov respublikanın regionları ilə tanışlığın şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malik olduğunu qeyd edib.Mərasimdə çıxış edənlər məktəblilərə uğurlu yol, mənalı istirahət arzulayaraq doğma Azərbaycanımızı daha yaxından tanımaq üçün təşkil olunmuş tur-aksiyalara görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla marşrut üzrə yola düşüblər.

 

 

 

 

Keçidlər