Cəlilabadda ədliyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur
Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 22-də Cəlilabad rayonunda tədbir keçirilib.Tədbirdə rayon rəhbərliyi, icra hakimiyyəti aparatının əməkdaşları, Cəlilabad Rayon Məhkəməsinin, rayonun ədliyyə və məhkəmə orqanlarının nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül dəstələri qoymuşlar.Tədbir Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında davam etmişdir. Tədbirdə Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışılmışdır. Bildirilib ki, bu sahədə əldə olunmuş nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin ən şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərində ölkəmizin müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük maraq doğurub. Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.Yığıncaqda ədliyyənin fəaliyyətinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlətimizin başçısına dərin minnətdarlıq ifadə olunub.