Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov növbəti səyyar görüş - qəbulu rayonun Şiləvəngə kəndində keçirmişdir

05 dekabr 2019 | 16:00

5 dekabr 2019-cu il tarixində Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Şiləvəngə kəndində keçirilmişdir. Görüşdə 120 nəfər sakin iştirak etmişdir. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlardan danışmış,  rayonda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir. Səyyar görüşdə sakinlər kənd ərazisində olan elektrik dirək və naqillərinin yeniləri ilə əvəz edilməsi, kənddaxili yolların təmiri, kənddə istismar müddəti başa çatmış kənd klubu və mədəniyyət evinin yenidən inşa edilməsi, Adnalı-Şiləvəngə avtomobil yolunun əsaslı təmir edilməsi və Adnalı kənd tam orta məktəb binasının yenidən inşa edilməsi barədə məsələ qaldırmışlar.Sakinləri narahat edən problemlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, Cəlilabad Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülmüşdür.

 

 

 

0

 

 

 

Keçidlər