Şriftin ölçüsü :

Saytın rəngi :

Suluçeşmə kəndində səyyar görüş - qəbul keçirilmişdir

26 dekabr 2019 | 16:00

26 dekabr  2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Suluçeşmə kəndində keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Görüşdə kənd sakinləri işlə təmin olunma, torpaq məsələləri, elektrik naqillərinin yenilənməsi, ünvanlı sosial yardım alınmasına köməklik göstərilməsi barədə müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

Keçidlər