Namiq Zeynalov Sabirabad kəndində səyyar görüş - qəbul keçirib
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Sabirabad kəndində keçirilib.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Namiq Zeynalov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib. Görüşdə kənd sakinləri Sabirabad kənd 2 nömrəli tam orta məktəb binasının yenidən inşa edilməsi, Qarazəncir-Sabirabad avtomobil yolunun təmir olunması, kəndin suvarma suyu ilə təmin edilməsi, ünvanlı sosial yardımın təyin edilməsi və işlə təmin edilmə ilə bağlı köməklik göstərilməsi barədə müraciət etmişlər. Namiq Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verib.