Şriftin ölçüsü :

Saytın rəngi :

Namiq Zeynalov Göytəpə şəhərində səyyar görüş - qəbul keçirib

16 yanvar 2020 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Göytəpə şəhərində keçirilib.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Namiq Zeynalov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib. RİH başçısı qeyd edib  ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq,sosial layihələr həyata keçirilir.Görülən bütün bu işlər əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.Görüşdə şəhər sakinləri Göytəpə şəhərində xəstəxananın inşa edilməsi, qaz xəti ilə təminat, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi, vətəndaşlıq məsələsi, işlə təminat, əlillik dərəcəsinin təyin edilməsi, Göytəpə şəhərində yeni məktəb binasının inşasına  köməklik göstərilməsi barədə müraciət etmişlər. Namiq Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verib.

 

 

 

 

 

 

 

 

Keçidlər