Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhərində səyyar qəbul-görüş keçirilmişdir

04 fevral 2020 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Cəlilabad şəhərində keçirilib.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak edib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında 2019-cu ildə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması istiqamətində aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmçinin Cəlilabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən layihələrdən danışıb.Səyyar qəbul zamanı sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

 

 

 

 

 

 

Keçidlər