Şriftin ölçüsü :

Saytın rəngi :

Namiq Zeynalov Uzuntəpə kəndində səyyar görüş - qəbul keçirib

13 fevral 2020 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Uzuntəpə kəndində keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Uzuntəpə kənd 1 saylı tam orta məktəb binasının əsaslı təmir edilməsi, Uzuntəpə kəndində körpələr evi-uşaq bağçasının inşası, kənddaxili yollarının təmir edilməsi, torpaq sahələrinin sənədləşdirilməsi, kənddə idman meydançasının yaradılması barədə müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

Keçidlər