Namiq Zeynalov Kazımabad kəndində səyyar görüş - qəbul keçirib
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Kazımabad kəndində keçirilib.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Görüşdə kənd sakinləri kəndin yeni yaşayış massivində küçələrin təmir edilməsi, elektrik xətlərinin çəkilməsi, kəndaxili yolların təmir olunması, ünvanlı sosial yardımın təyin edilməsi və qaz sayğaçının alınmasına köməklik göstərilməsi barədə müraciət etmişlər. Səyyar qəbul zamanı sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.