Şriftin ölçüsü :

Saytın rəngi :

Namiq Zeynalovun sakinlərlə növbəti görüşü keçirilib

26 fevral 2020 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu Cəlilabad şəhərində yerləşən Akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbdə keçirilib.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Səyyar qəbulda sakinlərin problemləri RİH başçısı Namiq Zeynalov tərəfindən dinlənilib, sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərlərinin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və nəzarətə götürülüb.

 

 

Keçidlər