Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub

27 fevral 2020 | 16:00

Fevralın 26-da Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və ictimaiyyət nümayəndələri Xocalı faciəsi ilə əlaqədar Göytəpə şəhərində məskunlaşmış Xocalı şəhərindən olan məcburi köçkün Zakir Ələkbərovun ailəsini ziyarət etmiş, ailəyə humanitar yardım verilmişdir.Məcburi köçkün ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirmişdir .Məcburi köçkün ailəsi ziyarət olunduqdan sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzində  Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilmişdir.Tədbirdə  rayon icra hakimiyətinin başçısı Namiq Zeynalov, hüquq müahfizə orqanları, idarə, müəssisə, təşkilatlar, icra nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etmişdir. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində təşkil edilən “Xocalı soyqırımı” mövzusunda rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.Tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Sonda Xocalı faciəsinə həsr olunmuş, Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın və qocaların başına gətirilən müsibətlərdən, erməni vəhşiliyindən bəhs edən səhnə əsəri nümayiş etdirilmişdir.

 

 

 

 

 

Keçidlər