Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir

25 mart 2020 | 16:00

Cəlilabad rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması üçün zəruri tədbirlər görülür, Qərargah tərəfindən müəyyən edilmiş qabaqlayıcı tədbirlərə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən Cəlilabad rayonunda 125 təhsil müəssisəsi, körpələr evi-uşaq bağçaları, səhiyyə, mədəniyyət müəssisələri, bütün idarə və təşkilatlar, çoxmənzilli binaların blokları, pilləkan qəfəsləri, küçələr, parklar, ictmai iaşə obyektləri, bazarlar dezinfeksiya olunmuşdur.Hazırda tərtib edilən qrafik əsasında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.Rayon əhalisi Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılır,rayon İcra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri tərəfindən 60 yaşdan yuxarı olan insanların yaşadığı ailələr nəzarətə götürülür, ciddi ehtiyac yarandıqda evdən çıxmaları barədə maarifləndirmə işləri aparılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər