Şriftin ölçüsü :

Saytın rəngi :

5 İyun- Su təsərrüfatı və meliorasiya işçiləri günüdür

06 iyun 2022 | 12:58

Peşə bayramları münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov meliorasiya və su təsərrüfatı işçilərinin bir qrupu ilə görüşmüşdür.

Görüşdə Rafiq Cəlilov  çıxış edərək ilk öncə  meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə təbrik etmiş, işlərində onlara uğurlar arzu etmişdir. RİH başçısı qeyd etmişdir ki, Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı böyük Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə də genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında imzaladığı sərəncamına əsasən Cəlilabad rayon suvarma sistemləri idarəsinin baş mühəndisi Həsənov Arif Daxıl oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təlfit edilmişdir.

Çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya sahəsinin ilbəil inkişafından, müasirləşməsindən danışmış, fəaliyyətlərinə verilmiş yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Sonra fəaliyyətlərində fərqlənən bir qrup işçi fəxri fərmanlarla təltif olunmuşdur.

Keçidlər