Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad RİH tərəfindən aztəminatlı ailələrə yardım davam etdirilir

29 aprel 2020 | 16:00

Xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Cəlilabad rayonunda diqqət və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiya davam etdirilir. Növbəti dəfə Göytəpə şəhərində və Privolnoye kəndində yaşayan rus xalqının nümayəndələri də daxil olmaqla 250 ailə ziyarət edilərək onlara ərzaq məhsullarından ibarət sovqatlar paylanıb.Həmcinin vətəndaşlara  pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə ətraflı məlumat verilib, özlərinin və ailə üzvlərinin sağlamlığı naminə dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etmələri tövsiyə olunub.Bu xeyirxah təşəbbüsü razılıqla qarşılayan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

Keçidlər