Namiq Zeynalov videoformatda müşavirə keçirib
Mayın 4-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə videoformatda müşavirə keçirib.
Namiq Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı və koronavirus pandemiyasının qarşısının alınması sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlərdən və onların müsbət nəticələrindən danışaraq rayonda bu istiqamətdəki işlərin bundan sonar da davam etdirilməsinin zəruriliyini vurğulayıb.Həmçinin ölkə başçısının mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin videoformatda qəbulu zamanı irəli sürdüyü tələblərin yerinə yetirilməsi üçün hər bir məmurun üzərinə ciddi vəzifələrin düşdüyünü qeyd edərək onları öz vəzifələrinə məsuliyyətlə yanaşmağa dəvət etmişdir.Namiq Zeynalov eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 1-ə olan məlumatı barədə də ətraflı söhbət aparılaraq koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımların bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulanmışdır.Hazırda kənd təsərrüfatı sahəsində qızğın işlərin getdiyi, kartof və çiyələk məhsulları istehsalının satışı üçün münasib şəraitin yaradıldığı diqqətə çatdırılmış,pambıq və barama beçərilməsi ilə əlaqədar bütün zəruri tədbirlərin görülməsi tapşırılmışdır.Video-konfransda nümayəndələri narahat edən bəzi məsələlər aydınlıq gətirilmiş, onları maraqlandıran suallara ətraflı cavab verilmişdir.