Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir
- Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.
- Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişdirlər.
- Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.
-RİH başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyev kənd sakinləri üçün ayrılmış 71 ədəd ərzaq payından 14-nü özünün və müavini Seyfullayev Rəşad Xasay oğlunun yaxın qohumlarına və kəndin imkanlı şəxslərinə paylamışdır. Rayon icra hakimiyyəti başçısının 2020-ci il 29 aprel tarixli 47 və 48 nömrəli əmrləri ilə Bağır Şirəliyev və Rəşad Seyfullayev işdə ciddi nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edilmişlər. Bağır Şirəliyevin və müavini Rəşad Seyfullayevin fəaliyyətinin araşdırılması üçün rayon prokurorluğuna müraciət olunmuş və rayon prokurorluğunda cinayət işi açılmışdır.Hazırda cinayət işi ilə əlaqədar istintaq aparılır.
-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
-Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Binəqədi Rayon Məhkəməsi Pərviz İsgəndərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
-Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.