Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhərinin sakini Çingiz Təhməzovun Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı haqqında dediyi fikirlər şər-böhtan xarakterlidir və hakimiyyət orqanları rəhbərlərinin fəaliyyətini gözdən salmaq məqsədi daşıyır

20 may 2020 | 16:00

Çingiz Təhməzov dəfələrlə rayon icra hakimiyyəti başçısının qəbulunda və Prezident Administrasiyası əməkdaşlarının Cəlilabad rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etmişdir.  O, Cəlilabad Rayon Kommunal Müəssisələri Kombinatında işlə təmin olunmuş, lakin işə çıxmadığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Çingiz Təhməzov Prezident Administrasiyası əməkdaşlarının rayon icra hakimiyyətində keçirdiyi qəbula gələrək “DOST İŞ” MMC-yə məxsus əmək haqqı kartını yararsız hala salmışdır. Buna baxmayaraq hər dəfə  ona üç və daha artıq  əmək haqqı kartı verilməsini, həmçinin işə çıxmadan əmək haqqı ilə təmin olunmasında israr etmişdir.Çingiz Təhməzov rayon icra hakimiyyəti başçısının qəbulunda olarkən  yaşadığı küçəyə çınqıl tökülməsini xahiş etmiş və bundan sonra Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Məhəmməd Hadi küçəsinə 4 maşın çınqıl tökülərək həmin küçə gediş-gəliş üçün normal vəziyyətə salınmışdır.  

Çingiz Təhməzovun yaşadığı yeni yaşayış massivinə təbii qaz xəttinin çəkilməsi üçün layihə-smeta sənədləri hazırlanmış və “Azəriqaz” İstehsalat Birliyinə təqdim olunmuşdur. İki ay öncə evinə qaz xətti çəkilməsi üçün podratçı şirkətə verilməsi zəruri olan  700 manat məbləğ Çingiz Təhməzova rayon icra hakimiyyəti tərəfindən verilmiş, lakin o,bu vəsaiti təyinatı üzrə istifadə etməmiş və evinə qaz xətti çəkmək üçün gələn Cəlilabad qaz istismar sahəsinin əməkdaşlarını təhqir edərək  qovmuş və yenidən həmin vəsaiti rayon icra hakimiyyətindən tələb etmişdir.

Çingiz Təhməzovun özünə və həyat yoldaşına əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar  ilkin tibbi sənədlər 2018-ci il avqustun 22-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş, lakin Çingiz Təhməzovun xəstəliyinin əlillik dərəcəsinin təyin edilməsi meyarlarına uyğun gəlməməsi və həyat yoldaşı Yazgül Zeynalovanın əlavə müalicəyə ehtiyac olması səbəbindən hər ikisinə imtina verilmişdir. Bundan sonra Yazgül Zeynalova rayon mərkəzi xəstəxanasının terapeya şöbəsində müalicə almış və müvafiq sənədlər 2019-cu il martın 30-da yenidən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi yanında Tibbi-Sosial  Ekspert Komissiyasına göndərilmişdir. Komissiyanın 2019-cu il 9 aprel tarixli qərarı ilə  Yazgül Zeynalovaya II qrup əlillik dərəcəsi təyin edilmişdir. 
 
     2019-cu ildə Çingiz Təhməzovun ailə vəziyyəti nəzərə alınaraq rayon icra hakimiyyəti tərəfindən birdəfəlik 1000 manat, deputat Malik Həsənov tərəfindən hər dəfə 500 manat olmaqla (1000 manat) 2 dəfə  yardım verilmişdir.

Çingiz Təhməzovun Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalovun oğlanlarının hərbi xidmətə getmədiyi barədə iddiaları əasassız və böhtan xarakterlidir. Belə ki, Namiq Zeynalovun böyük oğlu  ali təhsilini bitirdikdən sonra 2018-2019-cu illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətini başa vurmuş, ondan kiçik olan oğlu isə Sərhəd qoşunlarının Şəmkir rayonunda yerləşən N saylı hərbi hissəsində hazırda xidmətdədir.

Məlumat üçün bildiririk ki, Çingiz Təhməzov müxalifətyönlüdür və haqsız müraciətlər edərək öz ambisiyası naminə rəhbər işçiləri şərləməklə məşğuldur.

Keçidlər