Meşə ərazisində ağaçların kəsilməsi faktı araşdırılmışdır
21 may 2020 | 16:00
20 may 2020-ci il tarixdə aztoday.tv youtube kanalında “Azərbaycanda görünməmiş ekoloji cinayət: Cəlilabad meşələri belə məhv edilir” başlıqlı video material yerləşdirilmişdir.
Məlumat üçün bildiririk ki, Cəlilabad rayonunun Ağdaş kəndinin ətrafında yerləşən meşədə ağaçaların kəsilməsi barədə videogörüntü ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılmışdır, Nazirlik araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbir görəcəkdir.