Cəlilabadda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib
Koronavirus (COVİD - 19) infeksiyasının Cəlilabad rayonu ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirləri gücləndirilib.Bununla əlaqədar xüsusi yaradılmış monitorinq qrupları mütəmadi olaraq rayonda çatışmazlıqları, pozuntuları müəyyən edilməsi məqsədi ilə monitorinqlər aparır və onların aradan qaldırılması ilə bağlı təcili tədbirlər həyata keçirir.22 iyun 2020-ci il tarixdə texnikalardan istifadə edilərək Cəlilabad və Göytəpə şəhərlərinin mərkəzi küçələri dezinfeksiya olunmuşdur.Bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə idarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış evlərində, evlərin giriş blokları və pilləkənlərdə, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Aparılan dezinfeksiya işləri qrafikə uyğun olaraq mütamadi davam etdirilir.