Cəlilabad RIH-nin təşkilatçılığı ilə dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair karantin rejiminin tələblərinə riayət etməklə tədbir keçirilmişdir
Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair karantin rejiminin tələblərinə riayət etməklə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev, Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Şahin Cəfərov,1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, icra nümayəndələri, bələdiyyə üzvləri və fermerlər iştirak etmişdirlər. Tədbirdə Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev çıxış etmiş və qeyd etmişdir ki, hazırda rayon ərazisində dənli bitikilərin biçininin sürətlə davam etdiyi dövrdür. Qarşımızda duran ən başlıca vəzifə rayon və digər yaşayış məntəqələrinin, təsərrüfat sahələrinin, obyektlərin, bina və qurğuların yanğın təhlükəsizliyini təmin etmək, yanğınların baş verməsinin və yayılmasının qarşısnın alınması, onların aşkar və ləğv olunması, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etmək, yanğınların insanlara və ətraf mühitə təsirini aradan qaldırmaqdır. Tədbirdə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Şahin Cəfərov da çıxış edərək rayonun yanğınsöndürmə əməliyyat şəraitindən, mövcud vəziyyətdən söz açdı və yanğınların çevik söndürülməsi üçün zəruri tədbirlərin görüldüyünü qeyd etdi.
Eyni zamanda tədbirdə yerli inzibati ərazi dairəsi üzrə nümayəndələrə əhali ilə daim ünsiyyətdə olarkən yanğının törədə biləcəyi fəsadlar haqqında məlumatların verilməsi, habelə dənli və texniki bitkilərin biçini ilə əlaqədar olaraq əraziyə daxil olan texnikalara texniki baxışın keçirilməsi və bu texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinə, sazlığına, atqı borularının qığılcımsöndürənlərlə təmin edilməsinə diqqət yetirmələri tapşırığı verildi. Kombaynların biçini zamanı həmin əraziyə kotanlı traktorun cəlb edilməsi, biçindən sonra ərazilərin şumlanması, əkin sahələri arasında mühafizə zolaqlarının yaradılması, həmçinin yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zolaqlarının şumlanması, sahədə açıq oddan istifadə olunmaması, tütün məmulatlarından istifadə edilməməsi, yanğınların söndürülməsi üçün ilkin yanğınsondürmə vasitələrin mövcudluğu barədə zəruri yanğın təhlükəsizliyi tədbirləri bir daha onların nəzərinə çatdırılmışdır.
Tədbirin sonunda çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov müzakirə olunan məsələnin daim diqqət mərkəzində olduğunu qeyd etmiş və tədbir iştirakçılarına yanğın təhlükəsizliyi qaydalarının tələblərinə daim ciddi riayət edilməsini tövsiyə etmişdir. Tədbir əkin sahələrində əkinçilərin, komabayınçıların və mexanizatorların yanğına qarşı təlimatlandırılması ilə başa çatmışdır