Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda izahat işləri və dezinfeksiya tədbirləri davam etdirilir

07 iyul 2020 | 16:00

7 iyul 2020-ci il tarixdə Cəlilabad  Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri və xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrupların üzvləri tərəfindən rayon ərazisində izahetmə-xəbərdarlıq işləri davam etdirilib.Əhalinin sıx olduğu məkanlarda və ərzaq mağazalarında qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb, koronavirus infeksiyası əleyhinə görülən tədbirlərin daha da effektli nəticə verməsi məqsədilə vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi sakinlərin diqqətinə çatdırılıb.Mobil qruplar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahının tələblərinə müvafiq olaraq ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilib, mövcud qaydalardan düzgün istifadə olunması və sanitar-gigiyena tələblərinə ciddi riayət edilməsi barədə göstərişlər verilib.Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqəsədilə rayonda dezinfeksiya tədbirləri gücləndirilib.Xüsusi təyinatlı  texnikalardan istifadə edilərək Cəlilabad şəhərinin mərkəzi küçələri dezinfeksiya olunur.İdarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış binalarının giriş bloklarında və pilləkənlərdə, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər qrafikə uyğun olaraq mütamadi davam etdirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər