Şriftin ölçüsü :

Saytın rəngi :

6-7 iyun 2025-ci il tarixlərdə Qurban bayramı ilə əlaqədar işçi qrup tərəfindən nəzarətin təmin edilməsi barədə iclas keçirilmişdir

19 may 2025 | 17:28

İclasda Cəlilabad Rayon İcra Hakimiyyəti başçının birinci müavini Qalib Xudaverdiyev, aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev çıxış edərək 6-7 iyun 2025-ci il tarixlərdə rayonda keçiriləcək Qurban bayramı ilə əlaqədar heyvanların müvəqqəti kəsim yerləri üçün müəyyənləşdirilmiş ərazilərdə nəzarətin təmin edilməsi məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə işçi qrupu yaradıldığını bildirmişdir.

İşçi qrupunun üzvlərinə bayram günlərində kəsim yerləri üçün müəyyənləşdirilmiş ərazilərdə sanitariya-gigiyena tələblərinə əməl olunması məqsədilə nəzarətin gücləndirilməsini və tələblərə əməl olunmadığı təqdirdə qanunamüvafiq tədbirlərin həyata keçirilməsi tapşırılmışdır.

Sonda işçi qrupunun üzvləri ilə birgə müzakirələr aparılmışdır.

Keçidlər