Cəlilabad rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Cəlilabad rayonunda vaksinasiya prosesi davam etdirilir. Vaksinləşmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında təcrübəli mütəxəssislər tərəfindən aparılır.
20 fevral 2021-ci il tarixdə randevu.its.gov.az saytında qeydiyyatdan keçən 263 nəfər vətəndaş peyvənd olunmuşdur.
Bu günə kimi Cəlilabad rayonu üzrə 2582 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 1475 nəfəri 65 yaşdan yuxarı, 607 nəfəri 50-65 yaş arası və 500 nəfəri isə 50 yaşadək olan şəxslərdir.Peyvənd olunan şəxslərin 917 nəfəri tibb işçiləridir. Hazırda Cəlilabad rayonu üzrə əhalinin vaksinləşmə prosesi davam etdirilir.