Cəlilabadda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub
26 fevral 2021 | 16:00
Fevralın 26-da Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Mansur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Cəlilabad Rayon Təşkilatının sədri və aparatın əməkdaşları Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoyaraq, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla və dərin hüznlə yad etmişlər.