Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda İkinci Dünya müharibəsinin iştirakçıları ilə görüş olub

09 may 2021 | 16:00

İkinci Dünya müharibəsində Cəlilabad rayonundan olan iştirakçılarından 4 nəfəri sağ qalıb.Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə mayın 9-da qanlı müharibənin alovu içindən sağ çıxıb geri dönən veteranlarla yaşadıqları mənzillərdə görüş keçirilib. İcra hakimiyyəti başçısı aparatının əməkdaşları Məmmədzadə Əliyev, Elçin Zeynalov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və “Yeni Gün” qəzetinin baş redaktoru Aydın Hüseynovun iştirak etdikləri ilk görüş Göytəpə şəhərində  95 yaşlı Məhərrəm Bağırovla olub. Daha sonra Cəlilabad şəhərində 96 yaşlı Qulu Ağayevlə, Qarazəncir kəndində 95 yaşlı Heydər Əliyevlə və Astanlı kənd sakini 98 yaşlı Əbiş Zeynalovla görüş keçirilib.Görüş zamanı müharibə veteranları ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını heç vaxt unutmadıqlarını xatırlayaraq, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.Görüşdə veteranların arzu və istəkləri dinlənilib, rayon icra hakimiyyəti adından onlara yardım göstərilib.

 

 

 

 

 

 

Keçidlər