Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda tibb işçilərinin peşə bayramı günü qeyd olunub

17 iyun 2021 | 16:00

17 iyun 2021-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətində 17 iyun-Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən, başçının birinci müavini Mansur Məmmədov,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və səhiyyə işçiləri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoymuşlar.Rayon icra hakimiyyətinin iclas zalında karantin rejimi qaydalarına uyğun keçirilən yığıncaqda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən, başçının birinci müavini Mansur Məmmədov və Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıblar. Ölkəmizdə səhiyyənin inkişafından, Prezident İlham Əliyevin diqqət və qayğısından bəhs edən icra başçısı dünyanı cənginə alan koronavirusla mübarizədə əldə olunan uğurların məhz bu diqqətin, bu qayğının nəticəsi olduğunu söyləyiblər.Yığıncaqda çıxış edən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Elnur Azadxanov çıxış edərək dövlətimiz tərəfindən Səhiyyəyə göstərilən qayğıdan, əhalinin sağlamlığının qorunması istiqamətində möhtərəm Prezident İlham Əliyevin verdiyi göstərişlər və qarşıda qoyduğu vəzifələrdən danışaraq əmin etdi ki, rayonun çoxsaylı tibb işçiləri üzərlərinə düşən şərəfli işin öhdəsindən bundan sonra da ləyaqətlə gəlməyə çalışacaqlar.Yığıncaqda bir qrup qabaqcıl tibb işçisinə göstərdikləri xidmətə görə və Tibb İşçilərinin Peşə Bayramına Günü münasibətilə rayon icra hakimiyyətinin fəxr fərmanı verilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər