Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Şəhidlik zirvəsinə ucalanlar” kitabının təqdimatı keçirilib

26 iyun 2021 | 16:00

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə RİH başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Mansur Məmmmədov,hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə iştirakçıları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində igidlik və şücaətlərinə görə təltif olunan şəhidlərin medalları onların ailə üzvlərinə təqdim olunub.Daha sonra rayonun hüquq-mühafizə orqanlarının təşkilati dəstəyi ilə çapdan çıxmış “Şəhidlik zirvəsinə ucalanlar” kitabının təqdimatı keçirilib.Kitabın təqdimat mərasimində çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev və başqaları 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqların hərb tariximizdə yeni səhifə açdığını, soydaşlarımızın cəbhəyə getmək üçün növbələrə yazıldığını, döyüşlərə böyük ruh yüksəkliyi ilə qatıldıqlarını diqqətə çatdırıblar.Qeyd olunub ki, yeni kitabın ərsəyə gəlməsi də şəhidlərimizin ruhuna ehtiramın nişanəsidir.Kitabda Vətən müharibəsində tarixi Qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən Cəlilabaddan olan şəhidlərin döyüş yolundan, onların qəhrəmanlıqlarından bəhs olunur.Bu, bir daha onu göstərir ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına, and yerinə çevrilir.Çıxış edənlər “Şəhidlik zirvəsinə ucalanlar” kitabının bədii məziyyətlərindən, burada yer alan igid və qəhrəman oğullardan danışıblar.Yeni kitabın nüsxələri şəhid ailələrinə hədiyyə edilib.Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər