Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ilk iş gününə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək başlayıb
16 sentyabr 2021 | 16:00
14 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Rafiq Cəlilov ilk iş günündə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. O, sonra Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın məzarını ziyarət edib.