Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 600-dən çox bal toplayan məzunlarla görüş keçirilib

17 sentyabr 2021 | 16:00

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.Görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon təhsil şöbəsinin rəhbərliyi və test imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər. Tədbirdə RİH başçısı Rafiq Cəlilov çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O, Prezident İlham Əliyevin hazırda bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. R.Cəlilov həmçinin son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları barədə ətraflı məlumat verib, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlərdən danışıb. RİH başçısı vurğulayıb ki, hər il rayon üzrə ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərin sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
 Qeyd edək iki, builki qəbul imtahanlarında  Cəlilabad şəhər 8 saylı məktəb-liseyin məzunları Məleykə Məmmədova, Aylen Hüseynova, Günəşli kənd 1 saylı tam orta məktəbin məzunu Şəfa İsmayılzadə, Göytəpə şəhər 1 saylı tam orta məktəbi məzunları Ləman Mustafazadə, Rəşad Məstəlizadə, Göytəpə şəhər 2 saylı tam orta məktəbinin məzunu İsmayıl Abışov, Xəlilli kənd tam orta məktəbinin məzunu Ceyhun Talıbov, Bədirli kənd tam orta məktəbinin məzunu Rəvan İsmayilzadə, Sabirabad kənd 1 saylı tam orta məktəbin məzunu Xumar Əliyeva, Uzuntəpə kənd 1 saylı tam orta məktəbin məzunu Gültəkin Ağayeva, akademik Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin məzunu Məmmədağa Feyzullayev və onlarca başqaları 600-dən yuxarı bal toplamışlar.
Tələbə adını qazanan məzunlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda ali məktəblərə 600-dən çox bal toplayan məzunlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər