Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Vətən müharibəsində hər iki gözünü itirmiş qazini ziyarət edib

22 sentyabr 2021 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən müharibəsində qəhrəmancasına döyüşərək hər iki gözünü itirən Hüseynov İsmayıl Məhəmməd oğlunu Cəlilabad şəhərində evində ziyarət edib.İşğal altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən 44 günlük müharibənin iştirakçısı Hüseynov İsmayıl Məhəmməd oğlu Vətən müharibəsində canından keçən şəhidlərimizin qəhrəmanlıqlarından söz açıb.  Qeyd olunub ki, Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyəti, xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi işğal olunmuş torpaqlarımızın azad olunması ilə nəticələnib.İcra başçısı göstərdiyi şücaətə görə  qaziyə təşəkkür edib, ona şəfa diləyib. O, deyib ki, Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan  Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazıb. Azərbaycan xalqı tarixi ədaləti bərpa edib. Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında borc idi və bu borc şərəflə yerinə yetirilmişdir.Qeyd edək ki, qazi Hüseynov İsmayıl Məhəmməd oğlu 18 sentyabr 1998-ci ildə Cəlilabad şəhərində anadan olub. Vətən müharibəsi başlayanda döyüşlərə könüllü qatılıb. Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2021-ci il oktyabrın 20-də Qubadlı istiqamətində aparılan  döyüşlər zamanı düşmənin minomyot mərmisinin zərbəsi nəticəsində ağır yaralanaraq bir həftə koma vəziyyətində qalıb, hər iki gözü görmə qabiliyyətini itirib. Komaya düşən döyüşçü bütün çətinliklərə baxmayaraq həyatda qalmağı bacarıb.Qazi İsmayıl Hüseynovun ailəsi və yaxınları göstərilən diqqət və qayğı üçün dövlət başçısı İlham Əliyevə, rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.

 

 

 

 

 

 

 

 

 

Keçidlər