Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda şəhid ailələri ziyarət edilmişdir

22 sentyabr 2021 | 16:00

Sentyabrın 22-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Birinci və İkinci  Qarabağ müharibələrində canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin ailələri ziyarət   olunmuşdur. Görüşlər Cəlilabad şəhərində, Təzəkənd, Ocaqlı, Uzuntəpə, Söyüdlü kəndlərində keçirilmişdir.Şəhid ailələlərinin üzvləri diqqətlə dinlənilmiş, onların qayğı və  ehtiyacları, istək və arzuları ilə bağlı ətraflı əsaslı məlumat və izahatlar verilmişdir. Onlar  dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan razı qaldıqlarını bildirərək göstərilən dəstəyə, maddi və mənəvi köməkliyə görə Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.Görüşlər zamanı şəhidlərin Vətən müharibəsinin ilk günündən ön cəbhədə vuruşduğu, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Belə ki, Təzəkənd kəndindən Famil Şükür oğlu Fətiyevin qardaşı Elxan Fətiyev 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Ocaqlı kəndindən Bayramov Fədail Məmmədəli oğlunun övladı Seymur Bayramov 1992-ci ilin iyun ayında Ağdərə uğrunda vuruşmada həlak olub. Uzuntəpə kəndindən Əfqan Əlisahib oğlu Mirzəyevin qardaşı Üzeyir Mirzəyev 1997-ci ilin noyabrında  Gədəbəy rayonu ərazisində düşmən təxribatını dəf edərkən şəhidlik mərtəbəsinə yüksəlib. Söyüdlü kəndindən Rəhimov Arif  Xanoğlan oğlunun övladı Tural Rəhimov Vətən müharibəsinin gedişində - 2020-ci ilin noyabr ayında Qubadlı istiqamətində aparılan döyüşlərdə qəhrəmancasına həlak olub. Cəlilabad şəhəri, Füzuli küçəsinin sakini Elmira Ağamməd qızı Ağayevanın oğlu Anar Ağayev 1994-cü il tarixində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə həlak olub. Cəlilabad şəhəri, Həzi Aslanov küçəsində yaşayan Mikayıl Vəliş oğlu Səfərovun oğlu Maarif Səfərov da Qubadlının azad olunması uğrunda ağır savaşda şəhid olub. Məhz belə oğulların qəhrəmanlığı, Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyəti, xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi işğal olunmuş torpaqlarımızın azad olunması ilə nəticələnib,  xalqımız  tarixi ədaləti bərpa edib.Allah bütün şəhidlərimizə rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər