Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov şəhid Cavid Hüseynovun ev-muzeyinin və bulağın açılışında iştirak edib.

30 sentyabr 2021 | 16:00

      30 sentyabr 2021-ci il tarixdə Vətən müharibəsi şəhidi Cavid Habil oğlu Hüseynovun vəfatının ildönümü münasibətilə ailə üzvləri ziyarət olunmuş, dünyaya göz açdığı Hamarqışlaq kəndində ev-muzeyinin, oxuduğu məktəbin həyətində isə onun xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Açılışda rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, hərbçi yoldaşları və kənd sakinləri iştirak edib. Bulağın açılışında Rafiq Cəlilov çıxış edərək şəhid Cavid Hüseynov və bütün Qarabağ şəhidləri haqqında danışmış, onların xatirəsinin hər zaman uca tutulacağını bildirmiş, şəhidin valideynlərinə və yaxınlarına başsağlığı vermişdir. Muzeydə Cavid Hüseynovun həyat və döyüş yoluna işıq saçan  fotolar, müxtəlif məlumatlar yerləşdirilib. Mərasimdə çıxış edənlər igid döyüşçünün Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, həmçinin Cəlilabadın müharibə iştirakçılarının düşmənə qarşı savaşda göstərdikləri igidliklərdən söhbət açıblar. Cavid Hüseynov 1994-cü il aprelin 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olub.2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və  Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Hüseynov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Hamarqışlaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əiyevin Sərəncamlarına əsasən Cavid Hüseynov ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər