Cəlilabadda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Azərbaycanın dövlət təsisatları sırasında xüsusi yeri və statusu olan prokurorluq orqanlarının işçiləri növbəti dəfə peşə bayaramlarını qeyd edirlər. Cəlilabadda da prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.Tədbir iştirakçıları öncə Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayon prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb. Bildirib ki, dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirən prokurorluq orqanları qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində yorulmadan xidmət göstərir.Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşıb, Azərbaycan Prokurorluğunun əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm fərman və sərəncamlar imzalayıb. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti quruculuğu prosesində prokurorluq orqanları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Xüsusi vurğulanıb ki, bu gün Prezident İlham Əliyev də prokurorluq orqanları işçilərinin fəaliyyətini daim yüksək qiymətləndirir, bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Prokurorluq orqanlarının maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması, strukturunun təkmilləşdirilməsi üçün tədbirlər görülür.Digər çıxış edənlər də prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik ediblər.