Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı müalicədən qayıdan Vətən Müharibəsi Qəhrəmanını ziyarət edib

02 oktyabr 2021 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyətinin baçısı Rafiq Cəlilov Türkiyə Respublikasında müalicə alaraq vətənə qayıdan  Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevi yaşadığı evdə ziyarət edib, onun səhhəti ilə maraqlanıb.Vətən müharibəsində yaralanan, habelə xərçəng xəstəliyindən əziyyət çəkən qazimiz Ağayev Qəzənfər Mahmud oğlu “YAŞAT” Fondu tərəfindən 26 sentyabr 2021-ci il tarixində Türkiyə Respublikasına göndərilib.Müayinələrin nəticəsinə əsasən həkimlər tərəfindən ölkəmizdə aparılan müalicənin effektiv nəticə verməsi bildirilib və hazırda onda xərçəng hüceyrələri aşkar edilmədiyi barədə rəy verilib.Eyni zamanda şəxs dərman vasitələri ilə də təmin edilib. Xəstəliyin yenidən yaranıb-yaranmamasını yoxlamaq məqsədi ilə dörd ay sonra müayinə edilməsi üçün qazinin Türkiyəyə göndərilməsi məqsədəuyğun görülüb.

 

 

Keçidlər