Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Dələli kəndindən olan şəhidlərinin xatirəsinə inşa olunmuş bulağın açılışında iştirak edib

05 oktyabr 2021 | 16:00

5 oktyabr 2021-ci il tarixdə Vətən müharibəsi şəhidi Rahid Cəfərovun vəfatının ildönümü münasibətilə ailə üzvləri ziyarət olunmuş, doğulduğu Dələli  kəndində inşa edilmiş bulağın açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məcilisin deputatı Elman Nəsirov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak ediblər. Bulağın açılışında Rafiq Cəlilov çıxış edərək şəhid Rahid Cəfərov və bütün Qarabağ şəhidləri haqqında danışmış, onların xatirəsinin hər zaman uca tutulacağını bildirmiş, şəhidin valideynlərinə və yaxınlarına başsağlığı vermişdir. Deputat Elman Nəsirov və mərasim iştirakçıları cəsur döyüşçünün Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, həmçinin Cəlilabadın müharibə iştirakçılarının göstərdikləri igidliklərdən söhbət açıblar. Azərbaycan Ordusunun əsgəri olan Rahid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində  iştirak etmişdir. Talışın və Suqovuşanın azadlığı azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rahid Cəfərov 5 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Rahid Cəfərov ölümündən sonra  “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”  medalları ilə təltif edilib. Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər