Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub

05 oktyabr 2021 | 16:00

     Cəlilabad rayonunun təhsil işçiləri növbəti dəfə peşə bayramlarını qeyd ediblər. Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov müəllimləri peşə bayramı münasibətilə təbrik edərək onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. Natiq bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra milli Azərbaycan məktəbinin, Azəbaycan müəlliminin qarşısında yeni üfüqlər, yeni perspektivlər açılmışdır. Ulu öndər dəfələrlə bəyan etmişdir ki, xoşbəxt gələcəyə gedən bütün yollar elmdən, bilikdən, təhsildən, məktəbdən başlayır. Təhsilin inkişafı və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan başçı Cəlilabad rayonunda təhsillə bağlı görülən işlər barədə söz açıb, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlərə başlanıldığını  vurğulayıb.Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımların atıldığını, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə marağın əhəmiyyətli şəkildə artdığını, müəllimliyin və təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəldiyini qeyd ediblər.Tədbirdə pedoqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və peşə bayramı münasibəti ilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi  və Vətən müharibəsi iştirakçısı olan müəllimlər Fəxri Fərmanlarla təltif ediliblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər