Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda gənclərlə və idmançılarla görüş keçirilib

15 oktyabr 2021 | 16:00

Cəlilabadlı gənclər və idmançılar müstəqilliyimizin qorunması, ölkəmizin və rayonun iqtisadi, sosial və mədəni inkişafı, idman nailiyyətlərinin artırılması üçün var qüvvələri ilə çalışır, ictimai-siyasi həyatda fəal iştirak edirlər. Gənclərlə və 2021-ci ildə yüksək nəticələr göstərmiş idmançılarla görüşən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ölkəmizin inkişafında gənclərin rolunu yüksək dəyərləndirərək bildirib ki, müstəqil respublikamızın dünyada tanınmasına töhfələr verən gənclərimiz və idmançılarımız Vətənimizin azadlığı və müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda aparılan mübarizədə də həmişə ön sırada olub, qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərin yüksək təhsil alması, müxtəlif məsul vəzifələrə irəli çəkilməsinə həmişə diqqət yetirdiyini, onların problemlərinin həllinə həssaslıqla yanaşdığını vurğulayan Rafiq Cəlilov Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu ənənəyə sadiq qalaraq vaxtaşırı gənclərlə, idmançılarla görüşdüyünü, gəncliyin problemləri ilə daha yaxından tanış olaraq, onların həlli istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb, gənclərə və idmançılara fəaliyyətlərində uğurlar arzu edib.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər