Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda kənd təsərrüfatı işçiləri günü qeyd edilmişdir

01 noyabr 2021 | 16:00

Noyabrın 1-də Cəlilabadda Kənd Təsərrüfatı İşçiləri günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd təsərrüfatında çalışan fermerlər və rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla anmışlar. Cəlilabad rayon dövlət aqrar inkişaf mərkəzində davam edən yığınçaqda qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəti ilə bağlı imzaladığı sərəncamlar, habelə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Cəlilabad rayonunda da aqrar sahənin inkişafına güclü təkan vermiş, taxılçılığın, üzümçülüyün, kartofçuluğun və heyvandarlığın inkişafı üçün möhkəm zəmin yaranmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər