Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Vətən müharibəsi iştirakçılarına və qazilərə medallar təqdim edilib

02 noyabr 2021 | 16:00

Noyabrın 2-də Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Cəlilabad rayonu üzrə təltif olunmuş bir qrup hərbi qulluqçunun medallarının təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə RİH başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.  İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra tədbir açıq elan edilərək, Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsində Qələbəyə həsr olunmuş  çıxışı və 44 günlük Vətən müharibəsini əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş olunmuşdur. Mərasimdə çıxış edən RİH başçısı Rafiq Cəlilov 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Müharibə iştirakçıları və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər