Rafiq Cəlilov Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək şagirdləri qəbul edib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək Əliyev Cəfər Əli oğlunu və İmanzadə Lalə Ramin qızını qəbul edib. Cəfər Əliyev 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş “Zəfər dastanı” onlayn şeir və mahnı nominasiyasında 15-20 yaş qrupu üzrə birinci yerə, Lalə İmanzadə isə Heydər Əliyev haqqında “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olmuş və biologiya fənni üzrə respublika olimpiadasında birinci yerə layiq görülmüşdür.Gənclərlə görüşü zamanı Rafiq Cəlilov ölkəmizin inkişafında gənclərin rolunu yüksək dəyərləndirərək ümummilli lider Heydər Əliyev gənclərin yüksək təhsil alması, müxtəlif məsul vəzifələrə irəli çəkilməsinə həmişə diqqət yetirdiyini, onların problemlərinin həllinə həssaslıqla yanaşdığını xüsusi vurğulayıb. Rafiq Cəlilov Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanımın bu ənənəyə sadiq qalaraq vaxtaşırı gənclərlə görüşdüklərini, gəncliyin problemləri ilə daha yaxından tanış olaraq, onların həlli istiqamətində mühüm işlər gördüklərini diqqətə çatdırıb, şagirdlərə gələcək həyatlarında uğurlar arzu edib.