Şriftin ölçüsü :

Saytın rəngi :

Göytəpə şəhərində şəhid adına tikilən bulağın açılışı olub

29 noyabr 2021 | 16:00

29 noyabr 2021-ci il tarixdə Vətən müharibəsi şəhidi Əlikram Xanışovun vəfatının ildönümü münasibətilə ailə üzvləri ziyarət olunmuş, doğulduğu Göytəpə şəhərində onun xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları, qazilər, müharibə iştirakçıları, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Bulağın açılış mərasimindəki çıxışlarda şəhid Əlikram Xanışov ilə bağlı xatirələr söylənilib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri şücaətdə söz açıblar. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə, qəhrəman oğullarımızın həyatları bahasına azad olunan torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün qürurvericidir.Əlikram Qabil oğlu Xanışov 8 fevral 2000-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2018-ci ildə V.Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbi bitirib. Əlikram Xanışov 2018-ci ildə hərbi xidmətə gedib əsgərlik borcunu Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə yerinə yetirdikdən sonra 2020-ci il aprel ayında evə qayıtmışdı. O, 20 gündən sonra müddətdən artıq xidmət etmək üçün yenidən hərbiyə yollanmışdı.Əlikram Xanışov hərbi qulluqçu kimi 5 ay xidmət etdiyi zaman müharibə başlayır. O, Talış yüksəkliyi və Suqovuşan iştiqamətində gedən döyüşlərdə şücaət göstərir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Vətən uğrunda" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər